BaşlıcaSiyasət

Paşinyan Ermənistanla Artsax liderlərinin yeni razılaşması barədə

ER Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakobyanla Şuşidə Artsaxın yeni seçilmiş Prezidenti Arayik Harutyunyanın andiçmə mərasimindən sonra təşkil edilmiş qəbuldə də iştirak etdi. Nikol Paşinyan çıxış edərək Artsaxın keçmiş prezidenti Bako Sahakyanla necə dostlaşdığını xatırlatdı.

Paşinyan qeyd edib ki, 2018-ci ildə Ermənistanda baş verən inqilabdan sonra heç kəs Bako Sahakyandan çox çətin vəziyyətə düşməyib. Vəziyyət həm siyasi, həm mənəvi, həm insani, həm də dövlət baxımından çətindi. Baş nazirin sözlərinə görə, son illərdə Bako Sahakyanla münasibətləri qaçılmaz olaraq dilemmalar, qeyri-müəyyənliklər və təlatümlərlə dolu idi, amma bütün bu maneələr aradan qaldırıldı və indi Bako Sahakyan etibarlı bir dost və qohum sayılır.

Artsaxda seçki öncəsi vəziyyətinə gəlincə isə, Baş nazir qeyd etdi ki, bəzilər Artsaxda da inqilabıb və ya əks-inqilabın olacağını deyirdi, ancaq Artsax nə inqilab, nə də əks-inqilab səhnəsi deyil.

“Arayik Harutyunyanın seçilməsi deməkdir ki, Artsaxda heç bir inqilab baş verməsə də, Artsax tamamilə və birmənalı olaraq inqilabın bir hissəsidir. Artsax xalqı da seçki nəticləriylə islahatlar həyata keçirmək və birmənalı olaraq islahat siyasətini qəbul etmək iradəsini ifadə etdi”,-Paşinyan vurğuladı.

Onun sözlərincə, bu kontekstdə Artsaxın yeni seçilmiş hakimiyyətinin, Ermənistan və Artsax hakimiyyətlərinin erməni xalqı qarşısında Ermənistanda və Artsaxda islahatlar aparma öhdəlikləri var.

Baş nazir həmçinin Arayik harutyunyanın andiçmə mərasiminin məhz Şuşidə keçirilməsinin əhəmiyyətini vurğuladı. Onun fikrincə, mərasimin yeri və dövrü buna xüsusi simvolizm və anlam verir.

Nikol Paşinyan bildirib ki, 1988-ci ildə başlanmış və qazanmış inqilab artsaxın azad olunmasına gətirib çıxarıb, məxməri inqilab da qaçılmaz olaraq Artsaxın öz müqəddəratını təyin etməsinin beynəlxalq səviyyədə tanınmasına səbəb olmalıdır.

Daha çox göstər
Back to top button
Close