BaşlıcaSiyasət

Səbinə Əliyeva Arman Tatoyanın sözlərini təhrif etdi: ER Ombudsmanı cavab verdi

Ermənistan Ombudsmanı Arman Tatoyan bəyanat yayıb, açıqlamalarının və mövqeyinin açıq şəkildə təhrif edilməsinin qarşısını almaq və beynəlxalq tərəfdaşlara saxta məlumat verməmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya cavab verib.

ER Parlamentində 2019-cu il hesabatını təqdim edən ER İnsan Hüquqları Müdafiəçisi vurğulamışdı ki, insan haqları ümumbəşəri xüsusiyyətə sahibdir və Artsaxda yaşayan ermənilər – uşaqlar, qadınlar, əlillərin hüquqları siyasi vəziyyətdən və ya siyasi digər amillərdən asılı olmayaraq qorunmalıdır. Bu,”status neytral” beynəlxalq insan hüquqları müdafiə prinsipindən irəli gələn məlum fikirdir.

Bununla yanaşı, parlament deputatlarından birinin Ermənistan Ombudsmanı Azərbaycan Ombudsmanı ilə insan hüquqları ilə bağlı əməkdaşlığı görüb-görmədiyi barədə sualına cavab verərək Arman Tatoyan qeyd edib ki, qonşu ölkənin yeni Ombudsmanı ilə görüşmək şans olmadı, amma beynəlxalq görüşlər çərçivəsində bir fürsət olarsa, həmkarı ilə görüşməyə hazırdır. Yəni, Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi görüşün hazırlığı ilə bağlı mövqe bildirdi. Bundan başqa, Tatoyan qeyd edib ki, onun fikrincə, Artsaxın İnsan Hüquqları Müdafiəçisi və vətəndaş cəmiyyəti Artsaxda yaşayan ermənilərin hüquqları ilə bağlı beynəlxalq müzakirələrdə iştirak etməsi doğru olacaq.

Çıxışdan dərhal sonra, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili açıq şəkildə insan hüquqları qurumunun rəhbərinə xas olmayan, o cümlədən siyasi, ölkəsinin siyasi hakimiyyətinin rəsmi mövqelərindən sitat gətirərək, siyasi şəhrlərlə dolu bəyanatla çıxış edib və hətta məsələni Artsax məsələsinin siyasi həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti baxımından nəzərdən keçirərək, təcavüz və nifrət yaradan ifadələrdən istifadə edib.

Üstəlik, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin bu açıqlamaları Ermənistan İnsan Hüquqları Müdafiəçisinə qarşı ictimai təhqirlərlə müşayiət olunub. O qeyd edib ki, Ermənistan Ombudsmanı “hüquqi problemləri primitiv metodlarla siyasi manipulyasiya obyektlərinə çevirdi və ucuz şou təşkil etdi”.

Bundan sonra Azərbaycan Ombudsmanı Ermənistanın İnsan Hüquqları Müdafiəçisi ilə görüş üçün siyasi bir şərt irəli sürdü və qeyd etdi ki, “Ermənistan Ombudsmanı ilə danışıqlar yalnız işğal faktının aradan qaldırılmasından sonra mümkün olacaq”.

“Ermənistan Ombudsmanı, Azərbaycan Ombudsmanının bu siyasi və təhqir ifadələrinə reaksiya verməlidir ki, onun ifadələri və mövqeyi aydın şəkildə təhrif edilməsin, habelə beynəlxalq tərəfdaşlara saxta məlumatlar təqdim olunmasın.

Ermənistan Ombudsmanı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin siyasi bəyanatlar verdiyindən təəssüflənir. Ancaq insan haqları institutuna uyğun olmadığını nəzərə alaraq, siyasi bəyanatları şərh etməkdən çəkinirik. Təəssüf edirik ki, Azərbaycan Ombudsmanı, Azərbaycan siyasi hakimiyyətinin yürütdüyü siyasətini izləyərək iki qurum arasındakı təmaslar və ya müzakirələr üçün siyasi şərtlər qoyur”- deyə Tatonyanın bəyanatında deyilir.

Erməni Ombudsmanı ümid edirdi ki, Azərbaycanın yeni Ombudsmanı beynəlxalq insan hüquqları prinsiplərinə və standartlarına uyğun olaraq əməkdaşlığa yeni yanaşmalar qəbul edə bilər, lakin onun sözlərinə görə, rəsmi siyasi təbliğatdan fərqlənməyən mövqe tutmaq heç bir dəyişikliyin olmadığını göstərir.

Tatoyan vurğulayır ki, ombudsmanların və insan hüquqları üzrə milli təsisatların təməl prinsiplərindən biri də siyasətsiz fəaliyətidir.

Bu əməkdaşlıq siyasi amillərdən asılı olmayaraq insan hüquqlarının səmərəli şəkildə qorunması zərurəti ilə şərtlənir. Buna görə müstəqil insan hüquqları institutları arasında insan hüquqları gündəliyinin formalaşdırılması və təmin edilməsində əməkdaşlıq üçün siyasi şərtlər olmamalıdır.

Müdafiəçi xatırladır ki, insan hüquqlarının qorunması universaldır, buna görə Artsaxda insan hüquqlarının təminatı və qorunması Artsaxın siyasi statusu ilə bağlı fikir ayrılıqlarından asılı olmamalıdır.

“Uşaqlar, qadınlar və əlil insanlar da Artsaxda yaşayırlar və onlar hüquqi müdafiədən məhrum olunmamalıdır, çünki bu insan hüquqlarının beynəlxalq prinsiplərinə zidd olacaq”- deyə o, qeyd edib.

Tatoyanın sözlərinə görə, insan hüquqlarının müdafiəsi ilə bağlı bu cür məsələlər müzakirə edilərkən Artsax İnsan Hüquqları Müdafiəçisinin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı əvəzedilməzdir, çünki insan hüquqları ilə bağlı məsələlər heç bir siyasi amillə bağlı deyildir.

Daha çox göstər
Back to top button
Close