ArtsaxBaşlıca

Anna Hakobyan Stepanakertdə aktiv fəaliyyət göstərən qadınlarla görüşüb

Mayın 22-də Ermənistan Respublikasının Baş nazirinin xanımı, “Mənim addımım” və “Ciyo of smile” Xeyriyyə Fondlarının Himayəçilər Şurasının sədri Anna Haobyan Artsax Prezidentinin xanımı Kristine Harutyunyanın müşayiəti ilə ARtsaaxda fəal şəkildə ictimai, siyaisi və mədəni fəaliyyət göstərən qadınlarla görüşüb. Bu barədə Anna Hakobyanın ofisindən məlumat verilib.

Görüş zamanı Anna Hakobyan “Sülh naminə qadınlar” kampaniyasının inkişafı və gələcək planlarını təqdim etdi.

Anna Hakobyan qeyd etdi ki, “Sülh naminə qadınlar” kampaniyasının məqsədi bütün qadınların birləşdirməsidir. Onlar da siyasi qərar qəbul edənlərdən müxtəlif ölkələr arasındakı mövcud münaqişələrin sülh yolu ilə həllini tələb etməlidir.

“Bir qadın, bir ana, bir bacı olaraq, ərlərimizdən övladlarımızın, qardaşlarımızın, həyat yoldaşlarımızın həyatını xilas etmələrini və güc yarışını döyüş sahəsindən düşüncə sahəsinə köçürməsini tələb etməyə haqqımız var.

Mümkünsüz olan heç bir toxdur, müharibələrdən imtina etmək və bütün münaqişələri danışıqlar yolu ilə həll etmək üçün yalnız siyasi iradə lazımdır”,- deyə Anna Hakobyan vurğulayıb.

Ann Hakobyan onu da vurğulayb ki, Artsaxa qarşı hərbi təcavüz olanda bütün cəmiyyətimiz (hərbi və mülki şəxslər, kişi və qadınlar) müdafiə mövqelərində dayanacaqdır.

“Mən də, bir çox qadınla da, vətən və övladlarını qorumaq üçün silah almağa hazırdırlar. Anaq bu müharibə üçün deyil, sülhün alternativi olmadığını sübut etmək üçün olacaq.

Bu çərçivədə düşünürəm ki, “Sülh naminə qadınlar” kampaniyasına çox zaman sərf edəcəyik və yuxarıdakı sözlərin sübutu olaraq biz də döyüş hazırlığı kurslarına getməyə hazırlaşırıq. Qadın və analar olaraq ölkələrimizə və bölgəyə davamlı sülh gətirmək üçün səylərimizi əsirgəməməliyik. “Sülh naminə qadınlar” kampaniyası da məhz buna həsr olunur”,-deyə o bildirib.

ER baş nazirinin xanımının sözlərinə görə, kampaniya milliyyət, din, dər rəngini tanımır, hər kəs sülh çağırışına qoşula bilər.

Görüş zamanı Artsaxda fəaliyyət göstərən qadınlar təşəbbüsü məmnuniyyətlə qəbul etdiklərini və dəstək verməyə hazır olduqlarını vurğuladılar.

“Erməni Yardım Birlyinin” nümayəndəsi Armine Harutyunyan təşəbbüsü yüksək qiymətləndirərək qeyd etdi ki, xüsusilə Artsaxda yaşayan qadınlar sülhün qiymətini çox yaxşı bilirlər.

“Hamımızın itkiləri var idi. Bu ağrını hiss edirik və sülhün nə demək olduğunu çox yaxşı bilirik”,- deyə A. Harutyunyan qeyd etdi.

Görüş zamanı “Sülh naminə qadınlar” veb saytının təqdimatı olub.

 https://wfp.annahakobyan.am  saytında kampaniyanın fəaliyyətini, dəyərlərini və məqsədlərini təqdim olunur.

Daha çox göstər
Back to top button