Başlıcaİctimaiyyət

Arsen Torosyan Ermənistanda qeydə alınan COVİD-19 ölüm hadisələrini bir sıra ölkələrin göstəriciləriylə müqayisə etdi

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanda koronavirus ölüm hallarını bəzi ölkələrin göstəriciləri ilə müqayisə etdi.

“22.05.2020-ə olan məlumata görə, Ermənistanda 1 milyon əhaliyə düşən ölənlərin sayı 23, dünya orta hesabla 43 nəfərdir”,- deyə səhiyyə naziri “Facebook” səhifəsində yazıb.

Arsen Torosyan “Worldometers” portalına istinadən yazıb ki, Belçikada 1 milyon əhaliyə düşən ölənlərin sayı 612 nəfərdir. İspaniyada 69, İtaliyada 539, İngiltərədə 536, İngiltərədə 432, Fransada 389, Hollandiyada 388 ölüm hadisəsi qeydə alınıb.

Eyni portalın məlumatına görə, Ermənistanın qonşu ölkələrində vəziyyət belədir: Azərbaycanda1 milyon əhaliyə düşən COVID-19-dən ölümlərin sayı 5 nəfərdir, Gürcüstanda – 11-dən çox, Türkiyədə – 51, İranda – 87-dir.

Ümumiyyətlə, dünyada 5 milyon 265 mindən çox insan koronavirusa yoluxub, təxminən 338 min nəfər ölüb.

Xatırladaq ki, Ermənistanda martın 16-da fövqəladə vəziyyət elən olunub. ER Hakimiyyəti fövqəladə vəziyyəti aprelin 13-də mayın 14-dək uzatdı. Sonra Ermənistanda fövqəladə vəziyyət iyunun 13-dəl uzadıldı.

Daha çox göstər
Back to top button