Başlıcaİctimaiyyət

Artsaxda ali təhsil pulsuz olacaqdır

Cari ilin sentyabr ayından bəri Artsaxda ali təhsil pulsuz olcaq. Bunu Artsax Respublikası Prezidenti Arayik Harutyunyan öz Facebook səhifəsində Respublikanın bütün məzunlarına “Son zəng” münasibətilə təbrik edərək bildirib.

“Söz verdiyimiz kimi, sentyabrın 1-dən ali təhsil pulsuz olacaq, lakin bir daha da təsdiq edirəm ki, təhsilin keyfiyyətinə dair dövlətin tələbləri sərt olacaq. Beləliklə də, öyrənmək və daim inkişaf etmək arzusu sizi heç vaxt tərk etməsin”,-o qeyd etdi.

O həmçinin vurğulayıb ki, bu epidemiya səbəbindən “Son zəng” tədbirləri təşkil edilmədi, amma özü əmindir ki, bunun nəticəsində yaranmış məyusluq heç bir şəkildə məqsədlərin gərçəkləşdirilməsinə maneə olmayacaqdır.

“Unutmayın ki, istənilən böhran eyni zamanda da imkandır. Məktəbdən sonra sizin həyatınızda çox mühim mərhələ başlayır və bu mərhələdə keyfiyyət və səmərəliliyin ölçü vahidləri yenə nümayiş etdirilən bilik və bacarıq səviyyəsi olacaqdır. Beləliklə də, həyatda hansı peşəni seçsəniz, həmişə öz sahənizdə lider olmalı olduğunuzu unutmayın”.

Daha çox göstər
Back to top button