Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 3855-ə yüksəlib

Azərbaycanda 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər ölüb.

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Hazırkı dövrədək ölkədə 3 855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1 410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259 155 test aparılıb”.

Ramin Bayramlı qeyd edib ki, gündəlik təqdim edilən rəqəmlərin içərisində Naxçıvan Muxtar Respublikasının göstəriciləri də olur. Bu günə qədər orada 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 nəfərin müalicəsi hazırda davam edir.

Daha çox göstər
Back to top button