Başlıcaİctimaiyyət

Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub

“Azərbaycanda indiyədək 681 tibb işçisi koronavirusa yoluxub”. “Azadliq.org” saytına əsasən, bunu mayın 22-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı nəzərə çatdırıb ki, bu, ümumi yoluxma hallarının 18 faizini təşkil edib: “Onların əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam etdirilir. İndiyə qədər 4 həkim vəfat edib”.

Verilən məlumata görə, elə son gündə vəfat edənlərdən biri də 1962-ci il təvəllüdlü, Gəncə şəhərində fəaliyyət göstərən həkim olub.

Daha çox göstər
Back to top button
Close