BaşlıcaBeynəlxalq

Britaniyada Azərbaycana bağlı 17 milyon dollarlıq “pulyuma” araşdırılır

Ermənistanın İctimai Radiosu “Azadlıq.info”-ya istinadən xəbər verir ki, Britaniyada adları hələlik açıqlanmayan ər-arvad tərəfindən “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə ölkəyə gətirilmiş azı 14 milyon funt sterlinq (17 milyon dollar) pulla bağlı məhkəmə materialları ictimailəşib. Evening Standard qəzetinin dərc etdiyi materiallar Britaniya Milli Cinayət Agentliyi (MCA) tərəfindən məhkəməyə təqdim olunub. Adlar sənədin dərcinə icazə verən məhkəmənin qərarına əsasən gizli saxlanılıb.

Söhbət MCA-nin Londonda yaşayan cütlüyün dondurulmuş bank hesablarındakı vəsaitin beynəlxalq korrupsiyadan gəlməsinə və Beliz, Marşal və Seyşel adaları da daxil silsilə ofşor şirkətlər vasitəsilə yuyulmasına dair iddialarından gedir.

Bildirilib ki, bu pulların “Azərbaycan pulyuyuan maşını” kimi tanınan sxemdən keçdiyini göstərən əlamətlər mövcuddur və bu sxemdən hakim elitanın Qərbdə daşınmaz və başqa əmlak alması üçün istifadə olunur.

MCA məhkəmədən ər və arvada məxsus 10-dək bank hesabının dondurulması üçün order istəyib.

Məhkəmə sənədlərində ərin və arvadın adları şərti olaraq X və Y kimi göstərilib.

Hakim bildirib ki, X Azərbaycanın yüksək vəzifəli hökumət rəsmisinə bağlıdır. Ər-arvadın kimliyi isə yalnız prosesin ilkin mərhələsində məxfi saxlanacaq.

Hökmdə deyilir ki, bu cütlüyə qarşı şübhənin əsasını onların 21 şirkətdən 13 milyon 897 min 280 funt sterlinq alması təşkil edir. Bu 21 şirkətin arasında “Azərbaycan pulyuyan maşınına” bağlı olan bir neçə şirkətlər də var.

Qeyd olunur ki, “Danimarkada 21 şirkətlə bağlı bank sənədlərinə”, habelə Beliz, Marşal adaları və Seyşeldəki şirkətlərin “mənfəətdar sahibliyinə” dair təhqiqat hələ davam edir.

Evening Standard məsələyə toxunuraq yazır ki, “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə mənşəyi Azərbaycan olan 2.2 milyard funt strerlinq (2.7 milyard dollar) vəsait 2012-2014-cü illər arasında Britaniyada qeydiyyatdan keçmiş dörd şirkət və Danimarka bankının Estoniya filialı vasitəsi ilə oğurlanıb. Bu puldan Britaniya, Almaniya, Fransa, Türkiyə, İran və Qazaxıstanda daşınmaz əmlak və başqa bahalı malların alınması üçün istifadə olunub. Bunların mənfəətdarlarının Azərbaycan elitasının üzvləri və bir sıra Avropa siyasətçiləri olduğu aşkarlanıb.

Daha çox göstər
Back to top button
Close