BaşlıcaSiyasət

İnsan hüquqlarının müdafiəsi Azərbaycan Ombudsmanını əsəbiləşdirir

Rəsmi siyasi təbliğatdan fərqlənməyən mövqe: Arman Tatoyanın açıqlamalarına cavab olaraq Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin səsləndirdiyi fikirlərə Ermənistanda belə reaksiya verilir.

Hüquqların müdafiəsi universaldır, Ermənistan Ombudsmanı azərbaycanlı həmkarına xatırlatdı ki, Artsaxda yaşayan insanların hüquqlarının təminatı və qorunması Artsaxın siyasi statusu ilə bağlı fikir ayrılıqları ilə şərtlənə bilməz.

Azərbaycanda təkcə Ermənistandan səslənən siyasi bəyanatlar deyil, hüquq baxımından mübahisəsiz görünən bəyanatlar da sərt şəkildə qəbul olunur. Başqa bir qızğın reaksiyanın səbəbi Ermənistan Ombudsmanının dedikləri oldu.

Parlamentdə 2019-cu il hesabatını təqdim edən Arman Tatoyan, Parlamentin “Mənim addımım” fraksiyasının deputatı Tatev Hayrapetyanın, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Ombudsmanı ilə əməkdaşlığın hər hansı imkanının olub-olmaması barədə sualını cavablandıraraq, qeyd edib ki, qonşu ölkənin yeni Ombudsmanı ilə görüşmək üçün hələ bir şansı olmayıb, ancaq beynəlxalq görüşlər çərçivəsində həmkarı ilə görüşməyə hazırdır. O həm də Artsax İnsan Hüquqları Müdafiəçisi və vətəndaş cəmiyyətinin Artsaxda yaşayan ermənilərin hüquqları ilə bağlı beynəlxalq müzakirələrdə iştirak etməsinin doğru olacağını vurğuladı.

“Mən görüşməyə və məsələləri müzakirə etməyə hazıram, amma Artsaxla bağlı məsələlər varsa, Artsax İnsan Hüquqları Müdafiəçisi də bu müzakirələrdə iştirak etməlidir”- deyə Tatoyan qeyd edib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Ermənistan Ombudsmanının bu açıqlamasını təcavüz və nifrət ifadəsi kimi xarakterizə etdi.

Üstəlik, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin bu açıqlamaları Ermənistan İnsan Hüquqları Müdafiəçisinə qarşı ictimai təhqirlərlə müşayiət olunub. O qeyd edib ki, Ermənistan Ombudsmanı “hüquqi problemləri primitiv metodlarla siyasi manipulyasiya obyektlərinə çevirdi və ucuz şou təşkil etdi”.

Buna cavab olaraq Arman Tatoyan deyib:

“Ermənistan Ombudsmanı, Azərbaycan Ombudsmanının bu siyasi və təhqir ifadələrinə reaksiya verməlidir ki, onun ifadələri və mövqeyi aydın şəkildə təhrif edilməsin, habelə beynəlxalq tərəfdaşlara saxta məlumatlar təqdim olunmasın.

Ermənistan Ombudsmanı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin siyasi bəyanatlar verdiyindən təəssüflənir. Ancaq insan haqları institutuna uyğun olmadığını nəzərə alaraq, siyasi bəyanatları şərh etməkdən çəkinirik. Təəssüf edirik ki, Azərbaycan Ombudsmanı, Azərbaycan siyasi hakimiyyətinin yürütdüyü siyasətini izləyərək iki qurum arasındakı təmaslar və ya müzakirələr üçün siyasi şərtlər qoyur”.

Parlamentin deputatı Tatev Hayrapetyan, Azərbaycan Ombudsmanının çaşqın reaksiyasından belə nəticə çıxardı: “Bu, Ombudsman Aparatının öz funksiyalarını yerinə yetirə bilməməsi və siyasiləşdirilmiş funksiyalarını tam şəkildə həyata keçirməsi deməkdir”.

O əmindir ki, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin siyasiləşmiş cavabı və ölkənin insan hüquqları qurumunun həqiqi funksiyalarını həyata keçirə bilməməsi, bu aparatın hansı yanaşmaları rəhbər tutduğunu aydınlaşdırmaq üçün beynəlxalq ictimaiyyətə təqdim edilməlidir.

Daha çox göstər
Back to top button