BaşlıcaBeynəlxalq

Stefan Şennax: “Türkiyə və Azərbaycandakı mövcud vəziyyət qəbuledilməzdir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Stefan Şennax (Avstriya) bu gün jurnalistlərin həbsindən, uzun illərdir Türkiyədə və Azərbaycanda müşahidə olunan dəhşətli hadisədən narahatlığını bildirib.

Ermənistanın İctimai Radiosu “Turan” informasiya agentliyinə istinadən yazır ki, AŞPA-nın son “Avropada KİV azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı hesabatda qeyd olunur ki, Türkiyə ən çox jurnalistin həbsdə olduğu ölkədir.

Hesabatın Azərbaycana aid hissəsində qeyd olunur ki, hazırda həbsdə 10 jurnalist var. Bir neçə jurnalist uydurma ittihamlarla həbs olunub.

Türkiyə və Azərbaycandakı mövcud vəziyyət qəbuledilməzdir. Hər iki üzv dövlətdə bir neçə ildir ifadə azadlığı, o cümlədən KİV azadlığı pozulur. Odur ki, həm Türkiyəni, həm də Azərbaycanı jurnalistlərə qarşı hücumları dərhal dayandırmağa, Avropa Şurası tərəfindən müəyyən edilmiş standartlara riayət etməyə və təşkilatın təbliğ etdiyi dəyərlərə sadiq qalmağa çağırıram”, – baş məruzəçi deyib

Daha çox göstər
Back to top button
Close