BaşlıcaSiyasət

XİN mətbuat katibi: “Çexiya Senatının yekdil qərarı tarixi ədalətə mühüm töhfədir”

ER Xarici İşlər nazirliyinin nümayəndəsinin sözlərinə görə, Çexiya Senatının yekdil qərarı tarixi ədalətin bərpasına mühüm töhfədir. ER XİN katibi Anna Naqdalyan Çexiya Parlamenti Senatı tərəfindən İkinci Dünya Müharibəsinin sona çatmasının 75 illiyi ilə əlaqədar qəbul etdiyi son qətnaməni müsbət qiymətləndirdi.

“İkinci Dünya Müharibəsinin bitməsinin 75-ci ildönümü ilə əlaqədar Çexiya Senatı tərəfindən İkinci Dünya Müharibəsi dövründə törədilən insanlığa qarşı cinayətləri, o cümlədən Osmanlı İmperiyasında ermənilərə qarşı soyqırımını məhkum edən bir qətnamənin yekdilliklə qəbul edilməsini alqışlayırıq.

 O həm də  soyqırımları  və insanlığa qarşı yeni cinayətkarlığın qarşısını almaqçün bir mesajdır”-deyərək Naqdalyan qeyd edib.

Xatırladaq ki, mayın 20-də Çexiya Parlamentinin Senatı yekdilliklə II Dünya Müharibəsinin başa çatmasının 75 illiyinə və o cümlədən Erməni Soyqırımı zamanı törədilmiş insanlığa qarşı cinayətlərin  məhkum olunmasına həsr olunmuş qətnamə qəbul edib.

Xatırladaq ki, Çexiya parlamenti   hələ 2017-ci il il aprelin 25-də Erməni Soyqırımını tanıdı.

Osmanlı İmperiyasında 1,5 milyondan çox ermənini məhv edən 1915-ci il  vəhşiliyi XX əsrin ilk soyqırımıdır. Türkiyə ənənəvi olaraq soyqırım iddialarını  təkzib edir və həmin məsələyə dair  məhkum etməyi həddindən artıq   ağır  aparır.

Daha çox göstər
Back to top button