BaşlıcaSiyasət

ANCA: “Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirərkən ABŞ-ın ER-da olan səfiri Artsaxdakı minatəmizləmə proqramının başa çatdığını elan edib”

Bu həftə Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirərkən ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Facebook-da canlı izləyicilərin suallarına cavab verərək, Birləşmiş Ştatlar Artsaxda minalardan təmizlənmə istiqamətində  aparılan işləri başa vurub,sonrasa  diqqətini  sakinləri sülhə hazırlamaq işlərinə cəmləşdirib. Bu haqda  Amerikanın Hay Dat  Komitəsi (ANCA)  yazır.

Amerika Hay Dat Komitəsinin mətbuat katibi  Yelizabet Çulcyan  ER  ABŞ səfirinin bəyanatıyla bağlı  narahatlığını bildirib. Yelizabet Çulcyan “Göründüyü kimi, ABŞ-ın hazırkı rəhbərliyi əhalini sülhə hazırlamağı” necə həyat xilas edən bir proqramın maliyyələşdirilməsini dayandırmaq kimi anlayır, eyni zamanda Azərbaycana 100 milyon dollarlıq hərbi dəstək verir.

 Bu qəbuledilməzdir: Biz işi ABŞ Konqresinin məsələ ilə bağlı son sözünün deyilməsi üçün davam edərək çalışacağıq” –deyərək o, qeyd edib. Xatırladaq ki, Amerika Hay Dat Komitəsinin rəhbərləri, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri Frank Pallone ABŞ rəhbərliyinə və ATƏT-in Minsk Qrupu həmsədrlərinə böyük təhlükələr barədə iki ayrı məktub göndərib”.

Məktubda  Azərbaycanda iri  miqyaslı hərbi təlimlərin təhlükələri barədə qeyd edilmiş və həmin  ölkədə keçirilən  geniş miqyaslı hərbi təlimləri dayandırmaq çağırışını edib.

Daha çox göstər
Back to top button