ArtsaxBaşlıca

Arayik Harutyunyan Müdafiə naziri vəzifəsini yerinə yetirən Calal Harutyunyanı qəbul edib

Artsax Respublikasının Prezidneti Arayik Harutyunyan mayın25-də Müdafiə Ordusunun komandiri, Müdafiə nazirinin vəzifəsini icra edən Calal Harutyunyanı qəbul edib.

Artsax Respublikasının administrasiyasının İnformasiya baş idarəsindən verilən məlumata əsasən, Müdafiə Ordusunun komandiri cəbhədəki operativ vəziyyət, rəqib tərəfindən keçirilən təlimlər, onların xarakteri və  yer dəyişmələri barədə məlumat verib, əmin edərək ki,  Müdafiə Ordusunun müvafiq bölmələri rəqibin bütün hərəkətlərini diqqətlə izləyir.

Prezident Harutyunyan qeyd edib ki, Respublika hakimiyyəti Silahlı Qüvvələrin komandanlığı ilə birlikdə ölkənin müdafiə qabiliyyətini artırmaq və hərbçilərin sosial-iqtisadi problemlərinin həllində prioritet olmaq üçün əllərindən gələni edəcəkdir.

Prezident xüsusilə qeyd edib ki, yaxın gələcəkdə MO mənzillər siyahısında olanları vaxtından əvvəl mənzillə təmin etmək üçün ciddi addımlar atılacaq.

Daha çox göstər
Back to top button