BaşlıcaSiyasət

ATƏT PA prezidenti ilə söhbətdə Ararat Mirzoyan ümumi atəşkəsin vacibliyini vurğuladı

Ermənistan Respublikası Parlamentinin sədri Ararat Mirzoyan ilə ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli arasında telefon danışığı oldu.

Bu barədə Arart Mirzoyan öz Facebook səhifəsində yazıb.

“Müxtəlif ölkələrdə yeni koronavirusla mübarizə çərçivəsində  görülən tədbirlər və pandemiya şəraitində ATƏT PA işləri barədə danışdıq.

Əməkdaşlıq şəraitində ümumi atəşkəsin vacibliyini vurğuladım, BMT Baş katibinin müvafiq çağırışını qeyd etdim. Vurğuladım ki, bütün bunlara baxmayaraq, Azərbaycan atəşkəs rejimini pozmaq cəhdlərini davam edir, bir neçə gün əvvəl Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribat cəhdi isə bunun açıq nümunəsi idi”.

Daha çox göstər
Back to top button