ArtsaxBaşlıca

Azərbaycan Artsaxın müdafiəsini yoxlayır: Bakıda yaradılan şərtlər aprel ssenarisinin təkrarlamasına gətirib çıxarda bilər

Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri 2020-ci ilin mayın 20-də Artsax Müdafiə Ordusunun hərbi hissələrindən birinin istiqamətinə qarşı təxribatə əl atdı. Artsax Müdafiə Nazirliyi xəbər yayıb ki, Müdafiə Ordusunun hərbi bölmələri Azərbaycan xüsusi təyinatlılarının irəliləməsini vaxtında qeyd edib. Rəqib ağır itkilər verərək geri çəkildi․ Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, erməni tərəfinin itkisi olmayıb.

Artasx Respublikasın Müdaifiə Nazirliyi Azərbaycan tərəfinə sərhəddə gərginlik yaratmakdan imina etməyə çağırıb.Əksi halda yaradılan gərginliyinin bütün məsuliyyəti Azərbaycan tərəfi üzərində düşəcək.

Bu ayın əvvəlırində çox yazılıb ki, Ermənistan-Azərbaycan təmas xəttində, xüsusən Artsax məsələsi ətrafında vəziyyət daha gərginləşir. Bir sıra beynəlxalq, siyasi, diplomatik, iqtisadi Azərbaycandaxili faktorları nəzərə alaraq, söyləyə bilərik ki, Azərbaycanın hərbi təcavüzünün heç olmasa da riskləri artır.

Bu inkişaflar fonunda Azərbaycanda mayın 18-22də genişmiqyaslı hərbi təlimlər keçirilib. Təlimlərə təxminən 10 min hərbçi və çox sayda texnika cəlb olub. Ermənistan Müdafiə Nazirliyi bölgədəki təhlükəsizlik mühitini ağırlaşan Azərbaycan hərbi təlimlərinin keçirilməsini pisləyib. Eyni zamanda xəbərdarlıq edilib ki, Ermənistanla dövlət sərhəddində və ya Artsaxla təmas xəttində keçirilən hərbi təlimlər zamanı hərbi texnikanın və canlı qüvvəsinin hər hansı bir cəhdi təxribat hesab ediləcək.

Bu hadisələrin fonunda, Azərbaycan tərəfinin hərbi təlimlər adı altında bəzi hərbi təxribatlara əl ata biləcəyi ilə bağlı ciddi şübhələr mövcud olduqda, Azərbaycan tərəfi Artsaxa qarşı təxribata əl atıb.

Azərbaycan tərədinin təlimlərin məqsədlərinə toxunan rus ekpert Vladimir Yevseyev qeyd edir ki, Azərbaycan tərəfi belə addımlarla erməni tərəfinin müdafiəsini yoxlayır. Ekspert bunun hərbi kəşfiyyat olduğunu düşünmür, amma buna baxmayaraq, Azərbaycan tərəfindənn aprel ssenarisinin təkrarlanacağını istisna etmir.

“1in.am”-a müsahibəsində Vladimir Yevseyev qeyd etdi ki, Azərbaycan tərəfi erməni tərəfinin müdafiəsini yoxlayır.

“Düşünmürəm ki, bu vəziyyət hərbi kəşfiyyatdr, çünki hərbi kəşfiyyət olduğu halda daha kütləvi silahdan istifadə olunur.

Yadınızdadırsa, 2016-cı ilin aprel hadisələrindən əvvəlki dövrdə təmas xəttində vəziyyət olduqca gərgin idi, müqayisə olunmayan dərəcədə daha çox atəş açılırdı, nəinki qumbaraatan və artilleriya, hətta tank artilleriyası atəş açırdı. Və bu hadisələrdən bir neçə ay əvvəl, gərginliyin səviyyəsinə görə, hər şeyin ciddi hərbi toqquşmalara doğru getdiyi artıq aydın idi”,- deyə o bildirib .

Bu baxımdan rusyalı ekspert xatırlatdı ki, 1950-53-cü illərdə Koreya Döyüşü Şimali Koreyalılar uğurlu bir hərbi kəşfiyyət apardıqdan sonra başladı və bundan sonra Kim Ir Sen genişmiqyaslı hücuma əmr verdi.

Təxribatlar təhlükəlidir, çünki bəzi hərbi uğurlardan sonra Azərbaycan hərbi əməliyyatlara başlamağa hazır olan daha ciddi qüvvələrdən istifadə edə bilər.

Buna görə təmas xəttində hər hansı bir təxribat münaqişənin kəskinləşməsi ilə nəticələnə bilər. Lakin mövcud olan məlumatlar Azərbaycanın yeni hərbi əməliyyatlara hazırlaşdığını göstərmir.

Bu hadisə bir daha göstərir ki, ən sərt vasitələrlə təcavüz cəhdlərinin qarşısını almalıdır. Bundan əlavə, bu məlumatlar ATƏT-in Minsk Qrupuna verilməlidir və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün hər şey edilməlidir “,- deyə eksert vurğulayıb.

Bu çərçivədə ekperthesab edir ki, Azərbaycanda iqtisadi vəziyyətin pisləşdiyi bir şəraitdə, hansı ki, Azərbaycan Ukraynaya neft tankerlərini satmaq məcburiyyətində qalır, “xarici düşmən” məsələsi yenidən Bakı rejimi üçün aktual ola biləcək.

Demək olar ki, Əliyev rejiminin 2016-cı ildə olduğu kimi yenə də Qarabağ kartını oynamağa çalışacağı istisna olub-olmadığna dair sualını isə ekspert belə cavablandırdı.

“Hesab edirəm ki, potensial baxımdan bu mümkündür.Buna səbəb olan amilləri qeyd etdim. Ancaq mövcud məlumatlar hələ də Azərbaycanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərmir. Bu, daha çox öz danışıqlar mövqeyini yaxşılaşdırmaq üçün təzyiq cəhdinə bənzəyir.Ancaq prinsipcə, Bakıda yaradılan şəraitlər Azərbaycan rəhbərliyini 2016-cı ilin hadisələrinin təkrarlanmasında gətirib çıxarta bilər”.

Daha çox göstər
Back to top button