Başlıcaİctimaiyyət

Azadliq.info: “Azərbaycan hakimiyyəti proksi saytları da bloklamağa cəhd edir”

Azadliq.info: “Bildiyiniz kimi bir neçə ildir Azərbaycan həqiqətlərini ölkə ictimaiyyətinə çatdıran Azerbaycansaati.com, Meydan.tv, “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org, Turan Tv-nin kanalturan.com saytları məhkəmə qərarı ilə bloklanıb. Bu siyahıya sonradan daha bir neçə sayt əlavə olundu.

Ölkə daxili məhkəmə prosedurları artıq başa çatıb, iş Avropa İnsan haqları məhkəməsində komunikasiya mərhələsindədir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adı çəkilən saytları məhkəməyə verərkən onların digər resursları üzərindən də bloklanmasını tələb etmişdi. Amma görünür məhkəmə bunun mümkünsüzlüyünü nəzərə alıb, iddianı qismən təmin etmişdi. Yəni, saytların bloklanması iddiası təmin olunsa da, onların digər resurslar üzərindən bloklanması iddiasını təmin etmədi.

İndi həmin məhkəmədən 3 ilə yaxın vaxt keçdikdən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yenidən Ali Məhkəmənin Plenumuna müraciət edib ki, Azerbaycansaati.com, Meydan.tv, Azadliq.info, Azadliq.org, Kanalturan.com saytları sosial şəbəkələr üzərindən və digər resurslar üzərindən də bloklansın. Artıq proxy saytlarından ən məhşuru proxysite.com saytı da Azərbaycan ərazisində bloklanıb.
Amma başa düşmürlər ki, İran kimi, Çin kimi dövlətlər illərdir bunun qarşısını ala bilmirlər. Heç Azərbaycan hökuməti də buna nail ola bilməyəcək…”

Daha çox göstər
Back to top button