Başlıcaİctimaiyyət

Ermənistan cinayət işləri üzrə dəlil mübadiləsi haqqında MDB protokolunu ratifikasiya etmək niyyətindədir

Bu protokol oktyabrın 11-də Soçidə MDB dövlətlərinin liderlər şurası iclasında imzalanmışdır. Bu barədə mayın 25-də ER parlamentində Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın iclasında “Narkotik vasitələr, psixotrop maddələr və onların komponentləri, odlu silah, onun əsas hissələri, döyüş sursatları, partlayıcı maddələr şəklində dəlil mübadiləsi və təhvil verilməsi haqqında” protokolun ratifikasiyasının müzakirəsi zamanı ER polis rəisinin müavini Tigran Yesayan bildirib.

Onun sözlərincə, protokolun məqsədi silah və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdir. “Sənəd çərçivəsində tərəflər maddi sübutların təhvil verilməsi sahəsində əməkdaşlıq edirlər” deyə Yesayan qeyd etdi.

O, Ermənistanın Qarabağ münaqişəsinin son həllinə qədər bu öhdəliklərin Azərbaycanın sorğuları ilə əlaqəli olmayacağına dair şərtlərlə protokolu imzaladığını da qeyd etdi.

Polis rəisinin müavininin sözlərinə görə, sənəd silah və sursatın təhvil verilməsi ilə bağlı cinayət işlərində qarşılıqlı hüquqi yardımın göstərilməsi qaydasını müəyyənləşdirir.

Müzakirədən sonra parlament komissiyası müsbət yekun verib.

Daha çox göstər
Back to top button