Başlıcaİctimaiyyət

Yeni Rekord: Ermənistanda bir gündə COVID-19-a 452 nəfər yoluxub

Ermənistanda daha 452 nəfərdə koronavirus aşkarlanıb. Gündəlik qeydə alınan rekord yoluxma halıdır.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 113-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 87-ə çatıb.

Bildirilib ki, indiyədək 3 145 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 3 842 aktiv koronavirus xəstəsi var. İndiyədək 51 594 test aparılıb.

Daha çox göstər
Back to top button