ArtsaxBaşlıca

Artsax Prezidenti: Hökumət strukturunda dəyişikliklər olacaq, bir çox dövlət məmuru ilə vidalaşacağıq

Artsax Prezidenti Arayik Harutyunyan öz Facebook səhifəsində canlı yayımda bu gün ediləcək ilk kadr təyinatları və bəzi struktur dəyişiklikləri barədə danışdı.

“Hökumət strukturunda dəyişikliklər olacaq. Struktur dəyişikliyinin nəticəsində yaranmış Hərbi Vətənpərvərlik, Gənclər, Nəqliyyat və Turizm Nazirliyinə əhəmiyyət verirəm. Hökumət strukturunda Hərbi Vətənpərvərlik termini ilk dəfə tətbiq edirik və bu təsadüfi deyil. Ordu-cəmiyyət münasibətləri yeni hökumətimizin əsas istiqamətlərindən biri olacaqdır. Hərbi Vətənpərvərlik dövlət siyasətinin əsası olamalıdır.

Üçüncü dəyişiklik isə, Ərazi İdarəetmə və İnkişaf Nazirliyi olacaqdır. Təbii ehtiyatlar bloku da buraya daxil olacaqdır, çünki biz Konstitusiyaya görə, ərazi islahatları həyata keçirməliyik, hətta artıq gecikmişik və biz ərazi siyasətimizi, inzibati-ərazi bölgüsü haqqında qanunu və yerli özünüidarəetməni Konstitusiyanın tələbi olan yeni səviyyəyə qaldırmağa borcluyuq.

Çox əhəmiyyətli bir orqanı da təqdim etmək istəyirəm: Prezidentin Nəzarət Xidməti dövlət nəzarəti xidmətinə çevriləcəkdir. Bütün sahələrdə aparılan iş Prezidentin nəzarəti altında olacaqdır və statusun artırma məqsədi məhz budur”,-deyə Arayik Harutyunyan qeyd etdi.

O həmçinin deyib ki, bu gün saat 12-də geniş məsləhətləşmə təşkil olunacaq: “Bir çox dövlət məmuru ilə vidalaşacağıq. Bu gün yeni təyinatlar olacaq. Bir neçə gün ərzində təyinatlar məsələsini sona çatdıracağıq və iyunun 1-dən formallaşmış hökumətimiz, hakimiyyətimiz olacaqdlır. İdarəetmə qurumlarında da dəyişikliklər olacaq, yeni nazirlər olacaq”,-Prezident vurğulayıb.

Daha çox göstər
Back to top button