Azərbaycanda həbslər davam edir

Azərbaycanda pandemiya günlərində hələ də həbslər davam edir.
Ermənistanın İctimai Radisu “Turan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, mayın 25-də Sabirabad rayon Məhkəməsi , Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlini İnziabti Xətalar Məcəlləsinin 510-cu (ictimai qaydanı pozma) maddəsi ilə təqsirli bilərək 15 sutka inzibati həbsə məhkum edib.
Bu, Faiq Əmirlinin karantin dövründə ikinci inzibati həbsidir. O aprelin 9-da Bakının Səbail rayon Məhkəməsinin qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (karantin rejimini pozma) pozulmasında günahlandırılaraq 30 sutka inzibati həbsə məhkum edilib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, Faiq Əmirlinin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.
AXCP-nin məlumatına görə, karantin dövründə bu partiyanın 30-dək fəalı inzibati qaydada, 3 fəalı isə cinayət təqibi ilə həbs edilib.