Başlıcaİctimaiyyət

Azərbaycanın Abşeron rayonundakı “Qarabağ şəhidlərinin bulağı” qoyun otlağına çevrilib

Abşeron rayonunun Görədil qəsəbəsindəki “Qarabağ şəhidlərinin bulağı” qoyun otlağına çevrilib.

Bu barədə fotoları jurnalist Namiq Həsənov “Facebook” səhifəsində paylaşıb.

“Əbədi məşəlin əvəzinə tonqal, insanlar əvəzinə qoyun sürüsü. Bu biabırçı mənzərəyə uzun müddət söz tapa bilmədim, eləcə, duruxub qaldım. Öz şəhidinə, tarixinə belə etinasız yanaşan insanın nə gələcəyi var, nə də qələbəsi”- deyə jurnalist yazıb.

Daha çox göstər
Back to top button