Başlıcaİctimaiyyət

Ermənistanda daha 289 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 289 nəfərdə koronavirus aşkarlanıb, 75 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 7 402-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 91-ə çatıb.

Bildirilib ki, indiyədək 3 220 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 052 aktiv koronavirus xəstəsi var. İndiyədək 52 554 test aparılıb.

Daha çox göstər
Back to top button