
Mayın 24-də Narneuli və Xujab episkoposu (Çamdeliani) bazar günü xidmət zamanı əhalisinin çoxu azərbaycanlı olan Marneuli şəhərində yerləşdirilmiş Nəriman Nərimanovun abidəsinin bərpa olunması məsələsinə toxunmuşdur.
“Biz abidənin sökülməsini istəmirik çünki o azərbaycanlıdır.oxşar xəyanətkarlar Fili Maxaradze ,Orconoqidze olub, biz onların abidələrini sökmüşük. Onlar sovet repressiyasının maşını olub, bir çox adamları güllələdilər, repressiyalar təşkil etdilər. Nəriman Nərimanov məhz belə şəxsiyyət olub, kim ki, bizim ərazi bütövlüyümüzün pozulması işində böyük əməyi olub”-deyərək episkopos Qeorqi qeyd edib.
Qeyd edək ki, abidənin bərpasını Marneulinin şəhər meri Zaur Darğalı təşəbbüs edib.Onun bu qərarı qarmaqarışıq reaksiya irəli sürdü.Nəriman Nərimanov Sovet dövrünün görkəmli lider, bolşevik və inqlabçı olub. Abidənin bərpası dövlət maliyyələşdirilməsiylə gürcü kahini qəzəbləndirib.
“Buna şəhər meri necə icazə verə bilərdi.Kəskinliklə bəyan edirəm biz müvafiq vaxt veririk ki, onlar qanuna uyğun olaraq bu sovet simvolunu əks edən abidəni, sovet şəxsiyyətini söksünlər.Şəhər meri öz səhvini qəbul edərək gərək üzr üstəsin”-deyərək gürcü episkoposu qeyd edib.Bu haqda Marneulifm məlumatlandırıb.