ArtsaxBaşlıca

Artsax Prezidenti bir sıra təyinatlar etdi

Arayik Harutyunyanın sərəncamlarına əsasən, Artsaxın iki yeni naziri və yeni polis rəisi olacaqdır.

Artsax Respublikası Prezidenti Arayik Harutyunyan mayın 26-da bir sıra sərəncam imzaladı. Bu barədə Artsax hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qrigori Martirosyan Artsax Respublikası Dövlət naziri vəzifəsinə təyin olundu. O bu vəzifəni 2018-cı il iyun ayında ira edir.

Lusine Qaraxanyan Artsax Respublikası Təhsil, Əlm və Mədəniyyət naziri vəzifəsinə təyin olundu. Ondan əvvəl Təhsil, Əlm və Mədəniyyət naziri vəzifəsini Narine Ağabalyan icra edirdi.

Aram Sargsyan Artsax Respublikası Şəhərsalma naziri vəzifəsinə təyin olundu və Karen Şahramanyanı əvəz edəcəkdir.

Arayik Harutyunyan həmçinin Vladimir Xaçatryanı Fövqəladə Hallar Xidmətinin müdiri vəzifəsindən öz istəyi ilə azad etmək barədə hökumətin qərarını təsdiq edib. Karen Sargsyan isə, Fövqəladə Hallar Xidmətnin yeni müdiri təyin olundu.

Prezidentin digər sərəncamıyla, general-leytenant Lyova Mnatsakanyan Artsax Respublikası Polis rəisinin vəzifəsindən öz istəyi ilə azad edildi.

Polis polkovniki Aşot Hakobcanyan Artsax Respublikası Polis rəisinin müavini vəzifəsindən aad olunaraq Polis rəisi vəzifəsinə təyin olundu.

Xatırladaq ki, aprelin 14-də Artsax Respublikası Prezidənliyinə seçkilərinin ikinci turu nəticələri ilə “Azad Vətən” partiyasının sədri Arayik Harutyunyan Preziident seçildi.

Daha çox göstər
Back to top button