Başlıcaİctimaiyyət

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 2 nəfər öldü

Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, iiki nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 4 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 54 nəfər vəfat edib, 1 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.

Daha çox göstər
Back to top button