
Ermənistan ilə biz öz münasibətlərimizi bir müttəfiq olaraq qiymətləndiririk. Bu haqda Rusiya Xarici işlər naziri Serqey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının video konfransından sonra keçirilən brifinq zamanı bildirib.
“Bu, KTMT çərçivəsində münasibətlərimizə və ikitərəfli münasibətlərimizə aiddir.Hərbi əməkdaşlıq həddindən çox sıxdır”-deyərək Lavrov bəyan edib.
“Siz bilirsiniz ki, Ermənistanda bölgədəki sabitliyi və təhlükəsizliyi dəstəkləyən Rusiya hərbi bazası var. Hərbi-texniki əməkdaşlığa və Ermənistan Respublikasına göstərdiyimiz hərbi-texniki yardıma gəlincə, burada da biz həmçinin olduqca sıx və konstruktiv iş təstiqləmişik. Bu iş daimi, gündəlik və peşəkardır. Ona görə də burada heç bir problem doğmur” –deyərək o, qeyd edib. Mətn Aysor.am-ə məxsusdur.