
Ermənistan Xarici işlər naziri bir daha təsdiqlədi ki, Ermənistan və Artsax hakimiyyəti üçün Qarabağ münaqişəsinin həlli müstəsna olaraq sülh yoluyla həll oluna bilər. ER Xarici işlər naziri Zohrab Mnatsakanyan mayın 26-da KTMT üzvü olan ölkələrin Xarici işlər nazirləri şurasının iclasında Azərbaycanın mayın 18-dən 22-ə olan müddətdə hücumedici xassəli operativ-taktiki geniş miqyaslı hərbi təlimlərin keçirilməsinə toxunub ki, o da beynəlxalq öhdəliklərin Vyana sənədinin pozuntusuyla həyata keçirilib.
XİN-nin yaydığı məlumata görə, nazir qeyd edib ki, oxşar nümunəli əməliyyatlar hansılar ki, regonda sabitliyi pozur və sülh prosessinə ciddi xələl toxundurur, gərək layiqincə məhkum edilsin.
Ermənistan Xarici Ali idarəçilik rəhbəri həmçinin, Ermənistan və Artsaxın yeni seçilmiş hakimiyyətlərinin Dağlıq Qarabağ münaqişəsinin ATƏT Minsk qrupu həmsədrləri çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqlədi.
“Biz güc tətbiq edilməsini və ya güc təhdidini qətiliklə istisna edirik və sülh prosesində konstruktiv iştirakımızı davam etdiririk ki, onun da potensialı Artsax xalqının iştirakı və bütün tərəflərin qarşılıqlı adekvat güzəşti olmadan reallaşdırıla bilməz”.
Mnatsakanyan öz çıxışında Yaxın Şərqdə baş verən hadisələrə də toxunaraq, dini və milli azlıqların qorunmasının vacibliyini vurğuladı.
Vidio əlaqəsi formatıyla keçirilən şura iclasının sonunda “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi”, “Covid-19” pandemiyası ilə əlaqədar BMT Baş Katibinin ümumi atəşkəsə çağırışına dəstək” barədə, “Koronavirus epidemiyasına qarşı mübarizədə qarşılıqlı anlaşma və mehribanlıq” barədə və “ BMT Nizamnaməsinin məqsədlərə və prinsiplərə riayət edilməsi” barədə birgə bəyanatlar qəbul edildi.
Xatırladaq ki, mayın 18-22-ə olan müddətdə Azərbaycan silahlı qüvvələri genişmiqyaslı operativ-taktiki hərbi təlimlər keçirib. Təlim başladıqdan sonra ER Müdafiə nazirinin müavini Qabriel Balayan jurnalistlərə açıqlamasında Azərbaycanın beynəlxalq müqavilələr üzrə öhdəliyi olduğunu, buna görə hərbi təlimləri əvvəlcədən elan etməli olduğunu , lakin o bunu etməmməsi barədə bildirib.