BaşlıcaBeynəlxalq

“The Washington Times” qəzetində Azərbaycanın anti-erməni və təcavüzkar siyasətinə dair məqalələr dərc olunub

Mayın 24-də “The Washington Times” qəzetinin saytında ABŞ-daki Hay Dat komitəsinin  (ANCA) icraçı direktoru Aram Hamparyanın “Azərbaycan sülh yolundadır” adlı məqaləsi dərc edilmişdir.

Mayın 25-də Amerika qəzetində Amerika-erməni ictimai xadimi və hüquq müdafiəçisi Anna Astvatsaturyan-Terkotun “Azərbaycan insan hüquqlarını pozur” sərlövhəli məqaləsi dərc edilmişdir.

Müəllif məqalədə qeyd edir ki, erməni tərəfi Royce-Engelin təklif otdiyi atəşkəsə nəzarət mexanizmlərinin tətbiqini tam dəstəkləyir. “Yalnız Azərbaycan, şəffaflığa yönəlmiş bu ağlabatan tədbirləri əngəlləyir. Xüsusilə atəşkəs rejiminin pozulmasına görə məsuliyyət daşımaqdan qorxur”- deyə ABŞ-dakı Hay Dat Komitəsinin həmsədri bildirib.

Hamparyn əlavə edir ki, məntiq aydındır: “Yalnız hücumların təşəbbüskarı atəşkəs rejimini pozanları qeyd edən texnologiyanın istifadəsinə qarşı çıxa bilər. Azərbaycan tərəfindən  Roys-Engel-in  sülh təklifinin rədd edilməsi, qlobal epidemiya kontekstində regional müharibə riskini artıran məsuliyyətsizliyin nöqtəsini göstərir”.

Xatırladaq ki, 2015-ci il oktyabrın 26-da  ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Edvard Roys və ABŞ Nümayəndələr Palatasının 85 üzvü ATƏT-in MQ amerikalı həmsədri Ceyms Uorlikə məktub göndərdilər. ABŞ konqresmenləri atəş mənbəyini müəyyənləşdirmək üçün təmas xətti boyunca müasir ATƏT atəş mənbəsinin aşkaretmə sistemləri və səs avadanlığı quraşdırmağı təklif etdilər. Bu təklif 2016-cı ildə aprel ayında Azərbaycanın təşkil etdiyi hücumdan sonra  da müzakirə olundu, lakin Ermənistan və Artsaxdan fərqli olaraq, Azərbaycan mexanizmləri təqdim etməkdən imtina edir.

Hamparyanın məqaləsinin dərc edilməsindən bir gün sonra Astvatsaturyanın Azərbaycanda insan hüquqlarının pozulması və anti-erməni siyasətinə dair məqaləsi dərc olundu.  Mayın 19-da eyni dövri nəşrdə Azərbaycanın ABŞ-dakı səfirinin yaydığı təbliğat materialına cavab olaraq Astvatsaturyan, onun Azərbaycanda anadan olduğunu xatırladır, və  qeyd edri ki, Süleymanov  həqiqəti təqdim etmir, çünki diktatorun mikrofonudur.

“30 il əvvəl Azərbaycanda 350.000 erməni yaşayırdı və onların çoxu öldürüldü və ya təcavüz edildi. Hamısı deportasiya edildi. Amerikanın böyük Meyn ştatının  qürurlu bir məmuru olaraq, mən bu ölkənin ideyalaryla yaşayıram və nəfəs alıram və cənab Süleymanovun ifrat yalanlarını, anti-erməniçiliyi və utanc verici təbliğatını qətiyyətlə rədd edirəm.

Həqiqət odur ki, bu gün Azərbaycanda sistematik tarixi təhrif etmək və etnik təmizlənmə səbəbindən heç bir erməni mədəniyyətinə dair dəlil yoxdur. Artsaxın öz müqəddəratını təyin etməsi demokratik hərəkatına cavab olaraq tanıdığım hər kəs öldürməsə  deportasiya olundu. Azərbaycandakı bütün erməni qəbiristanlıqları kimi, Bakıda da babalarımın məzarları söküldü. Qonşularım öldürüldü, qohumlarım döyüldü. 11 yaşımda fiziki zorlandım”- deyə Astvatsaturyan-Terkot qeyd edib.

Amerikada yaşayan erməni insan haqları müdafiəçisi əlavə etdi ki, Bakıda qalan yeganə erməni kilsəsi Azərbaycanın əsl simasını xatırladır. Kilsə xaçları, eyni zamanda bütün erməni simvolları məhv olunmuşdur.

“Tolerant Bakının əsas xarakteri ABŞ Dövlət Departamentinin hər hansı bir erməniyə, hətta bir Ermənistan vətəndaşına Azərbaycana gəlməməsi barədə xəbərdarlığı ilə aşkar edilir. 2020-ci ildə ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının açıqladığı yeni hesabatda Azərbaycana din azadlığının təkrarlanan pozuntularına görə Dövlət Departamentinə tabe olan ölkələrin siyahısına əlavə edilməsi tövsiyə olunur”- deyə müəllif vurğulayır.

Astvatsaturyan-Terkot qeyd edir ki, bölgədə sülh üçün əsas maneə Azərbaycandır. “Azərbaycanın ABŞ-dakı səfirinin məqaləsi diqqəti Azərbaycanın Artsaxa, onun əhalisinə və Ermənistana qarşı yol verdiyi ciddi insan hüquqları pozuntularından yayındırmaq üçün çıxılmaz bir cəhddir. Bu Artsax xalqı üçün azadlıq və öz müqəddəratını təyin etmək üçün alternativin olmadığının daha bir təsdiqidir. Bu sadə özünü qorumaqdır”.

Daha çox göstər
Back to top button