BaşlıcaSiyasət

“Aramızdakı konstruktiv dialoqa əhəmiyyət verirəm”: Putin və Mişustin Paşinyanı ad günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik etdi.

Qeyd edək ki, iyunun 1-də ER baş nazirinin 45 yaşı tamam olur.

ER hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya lideri qeyd edib:

“Hörmətli Nikol Vovayeviç, Sizi 45 yaşınız münasibətilə təbrik edirəm. Aramızdakı konstruktiv dialoqa əhəmiyyət verirəm. Rusiya-Ermənistan müttəfiq münasibətlərinin, habelə AİB, KTMT və MDB çərçivəsində qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin gücləndirilməsi üçün birgə işləmənin davamı üçün hazır olduğumu təsdiqləmək istərdim”.

Rusiya lideri erməni nazirə cansağlığı, xoşbəxtlik, firavanlıq və dövlət fəaliyyətində uğurlar arzuladı.

Baş naziri rusiyalı həmkarı Mixail Mişustin də təbrik etdi. O, Ermənistan Baş nazirinin Rusiya ilə dostluq və müttəfiq münasibətlərinin möhkəmləndirilməsi məsələsinə verdiyi daimi diqqəti vurğuladı.

Mişustin qeyd etdi ki, ticarət, iqtisadi və investisiya əməkdaşlığının inkişafına yönəlmiş təsirli qərarlar qəbul edilir və yeni elmi, texniki, humanitar və digər layihələrin həyata keçirilməsi üçün şərait yaradılır.

Onun sözlərinə görə, Ermənistan və Rusiya arasında Avrasiya İqtisadi Birliyi çərçivəsində olan sıx əməkdaşlığı da vacibdir. Mişustin əmindir ki, tərəflərin birgə səyləri ilə iqtisadi əməkdaşlıqda mövcud böyük potensialı müəyyənləşdirə biləcəklər.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyana və ailəsinə məhz bu gün koronavirus diaqnozu qoyulub.

Daha çox göstər
Back to top button