Başlıcaİctimaiyyət

Azərbaycanın “Müsəlman Birliyi” Hərəkatının üzvü saxlanılıb

İyunun 1-də “Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayev saxlanılıb.

Bu ictimai təşkilatın üzvləri Turan-a bildiriblər ki, Samir Babayev səhər əmisinin evinin qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onu ağ rəngli avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar.

Xatırladaq ki, “Müsəlman Birliyi” Hərəkatı aparıcı dini müxalifət qüvvəsi sayılır. Onun liderləri 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində polisin xüsusi əməliyyatından (əməliyyat zamanı bir neçə Hərəkat üzvü və polis əməkdaşı öldürülüb) sonra dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq uzun müddət mühakimə ediliblər.

Daha çox göstər
Back to top button