Başlıcaİctimaiyyət

Ermənistanda daha 210 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 210 nəfərdə koronavirus aşkarlanıb, 16 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 9 402-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 139-a çatıb.

Bildirilib ki, indiyədək 3 402 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 896 aktiv koronavirus xəstəsi var. İndiyədək 58 668 test aparılıb.

Daha çox göstər
Back to top button