Başlıcaİctimaiyyət

Məşhur azərbaycanlı aparıcı: “Səfərov qəhrəman deyil, cinayətkardır”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 26-da azərbaycanlı zabit Ramil Səfərov tərəfindən Macarıstanda erməni zabit Qurgen Margaryanın öldürüldüyünü, azərbaycanlı zabitin ekstradisiyası və sərbəst buraxıldığı barədə “Mukuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işiylə bağlı qərarını elan etdi.

AİHM hökmündə qeyd edilib ki, Azərbaycan Konvensiyanın 2-ci maddəsini (yaşamaq hüququ), habelə 14-cü maddəsini (ayrıseçkiliyin qadağan edilməsi) pozub. Hökmdə bildirilir ki, Azərbaycan öz məmurunun etnik nifrət zəminində törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməsini təmin edə bilməyib və azadlığa buraxıb. Azərbaycan ayrıseçkilik iddialarını təkzib edə bilməyib.

Qərara görə, Azərbaycan müraciət edənlərə çəkilən xərclərə görə 15.143 funt sterlinq ödəməlidir.

AİHM-nın qərarından sonra bəzi azərbaycanlıların reaksiyası diqqətəlayiqdir. Alen Ğulyan öz facebook hesabında bu reaksiyalara toxunub.

Onlardan biri, xüsusən azərbaycanlı aparıcı, model və aktrisa Tunay Əliyeva şəxsi  facebook heabında Səfərovun cinayətkar olduğunu qeyd edib.

“Ramil Səfərov qəhraman deyil, emosiyasını idarə etməyib cinayət törədən biridir. Mümkünsə hörmətlə yanaşın fikrimə. Yox ailə tərbiyənizi göstərib söyüş söymək istəyirsizsə, hodri meydan…”- deyə Əliyeva yazıb.

Azərbaycan Hökumətinin keçmiş aparat rəhbəri, keçmiş parlament işləri üzrə menecer və politoloq Ramis Yunus Tunay Əliyevanın bu Facebook yazısın bəyəndi.

İlham Əliyevə müraciət edən azərbaycanlı psixoloq Nərmin Şahmarzadənin yazdığı yazı da maraqlıdır.

“Cənab prezident, R.Səfərovla bağlı yanlış qərarınıza görə ödəməli olduğumuz təzminatı da öz maaşınızdan ödəyəcəksiniz? Axı sizin və arvadınızın 1 illik maaşı Corona-ya dəstək fonduna gedib, niyə yanlış qərarınız xalqın vergilərindən yığılan pullarıyla ödənməlidir?!”.

Jurnalist Azər Kazımzadə də öz növbəsində Ramil Səfərovun biabırçı cinayətinin Azərbaycana bir çox fəlakətlər gətirəcəyini yazdı.

“Ramil Səfərovun o biabırçı cinayəti hələ çox Azərbaycanın başına bəla olacaq.Yatan yerdə adam öldürən bu adama görə Azərbaycana və Azərbaycanlılara Qərbdə kifayət qədər baxış bucağı dəyişib. Azərbaycan Avropa məhkəməsində Ramil Səfərov işini uduzdu. Ramil Səfərov kimilərin xeyrindən çox ölkəyə zərbəsi dəydi və dəyməyə də davam edir. Ölkəni elə biabır edib ki danışılası deyil. Birdə qəhrəman elədiyiniz bu cinayət törətmiş şəxs itib yoxdur”- deyə o, yazıb.

Daha çox göstər
Back to top button