İctimaiyyət

Bakıda həbslər davam edir: “Tələbə tələbi” Hərəkatının rəhbəri həbs edilib

İyunun 1-də Azərbaycanın Təhsil Nazirliyinin binası qarşısında “Ödənişi ləğv et! və “İmtahanları ləğv et!” şüarları altında keçirilən aksiyanın tələblərini nazirliyə təqdim edən “Tələbə tələbi” Hərəkatının rəhbəri Rüstəm İsmayılbəyli inzibati qaydada 15 sutka həbs edilib.

Ermənistan İctimai Radiosu “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bunu “Tələbəb tələbi” Hərəkatı bildirin.

Məlumata əsasən, İsmayılbəyli Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) və 535.1-ci maddələri ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib.

Həmçinin aksiyanın digər 5 iştirakçılsı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozmaqda günahlı bilinərək, – İlham Əhmədov, Vüqar Mirzəbəyov, Rəhim Əhmədovun hər biri 100 manat, Qiyas İbrahim, Allahverdi Həsənov 200 manat cərimə edilib.

Daha çox göstər
Back to top button