Başlıcaİctimaiyyət

Ermənistanda daha 517 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 517 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 009-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 158-ə çatıb.

Bildirilib ki, indiyədək 3 427 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 368 aktiv koronavirus xəstəsi var. İndiyədək 59 917 test aparılıb.

Daha çox göstər
Back to top button