
Məhrum Hrant Dinkin həyat yoldaşı Rakel Dinki ölümlə hədələyən H. A.adlı Türkiyə vətəndaşına qarşı istintaq işinə başlanılıb və o, həbs edilib.
Qeyd edək ki, İstanbulda fəaliyyət göstərən Hrant Dink Fondu bu günlərdə bəyanat yayıb, bəyanata görə, naməlum adamlar mayın 27-28-də Fondun elektron ünvanına hədələyici məktub göndərib,orada iddia edilir ki, Hrant Dink Fondu “qardaşlıq nağılları” barədə danışır.
Məktubun müəllifləri Hrant Dinkin qadınını Rakel Dinki və Fondun vəkilini öldürməklə hədələyib.Məktubda xüsusiylə vurğulanıb ki,”Bir gecə gözlənilmədən gələ bilərik”.
Saxlanılan şəxs Konya xəstəxanalarından birinə aparılıb yoxlanışdan keçirildikdən sonra Konyanın Dövlət Polis idarəsinə , daha sonra İstanbula aparılıb. Şübhəli “qəsdən xəsarət yetirmək, hədələmək və təhqir etməkdə” ittiham olunur. O,həbs olunub. Onu 3- 7-5 il həbs cəzası gözləyir.
Etirafında vətəndaş bildirdi ki, məktubu göndərməsinin səbəbi, internet üzərindən Qarabağda ermənilərlə tanış olan azərbaycanlı qız yoldaşının hekayəsindən təsirlənməsidir.

O, həmçinin etiraf etdi ki, göndərdiyi məktubla yanaşı, erməni kilsələrindən birinə zəng vurdu, ancaq telefon danışığına cavab verilməyib.