BaşlıcaTəhlil

Artıq Artsax məsələsi yox, Azərbaycan məsələsi vardır

Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənov bəyanatlarla çıxış edərək, “ənənəvi” olan təhdidlərlə yanaşı yeni “rənglər” əlavə etdilər ki, bu da münaqişə və onun nizamlanması fəlsəfəsinə təsir edəcəkdir.

Bakıda başa düşürlər ki, Qarabağ məsələsinin həlli onların istədiyi formatda mümkün deyil. Başa düşürlər ki, bugünədək göstərilən səylər, xərclənən vasitələr və cəmiyyətdə dövlət səviyyəsi ilə oyandırılan heyvan instinkti məsələnin tənzimlənməsinə təsir edə bilməyəcəkdir və ikinci Erməni Dövləti artıq bir faktdır. Bunu həm biz, həm də onlar başa düşürlər.

Əliyev, özü və atası tərəfindən aldadılmış cəmiyyətə ümid verir ki, “dünyada güc faktoru ön plana çıxır” və beləcə, bizə göstərmək istəyir ki, Azərbaycan bütün gücü ilə “öz kişi sözünü deyəcəkdir”. Əliyev “üstünlükdən” danışır, azərbaycanlıların yalnışlıqla ermənilərə verdiyi “Azərbaycanın qədim İrəvan şəhərindən” danışır. Təbii, bu cür sayıqlamalara cavab vermək, bunları inkar etmək vaxt itkisidir və belə bir məqsəd də yoxdur.

Burada diqqədəlayiqdir ki, Əliyev Qarabağ münaqişəsi sərhədlərindən və məntiqdən çıxıb, Qafqazdakı erməniləri və Ermənistan dövləti məhv etməyi xəyal edir. Yəni, Bakıdan açıq-aydın xəbərdar edirlər ki, Qarabağ məsələsi yox, Ermənistan məsələsi vardır. Azərbaycan cəmiyyətinin əksəriyyəti də bu cinayətkar niyyəti paylaçır və bu artıq bir faktdır.

Müdafiə naziri Zakir Həsənov da eyni məntiqli bəyanatla çıxış edib. O bizə “söz verib” ki, “2016-cı il əməiyyatlarından fərqli” bir şey, siyasi, iqtisadi və hərbi düşüş gözləyir.

Bəli, qeyd olunduğu kimi, artıq Qarabağ məsələsi yoxdur. Ancaq, bu deməkdir ki, o artıq həll olunmuşdur və Azərbaycan məsələsi mövcuddur, hansı ki həll tələb edir. Regiondaki bir nömrəli bəlası yalnız regiona deyil, Avropa təhlükəsiziyinə və beynəlxalq sülhə də təhdid edir. Beləliklə də, ətiraf edirlər ki, 2016-cı il aprel ayındakı müharibəni məhz Əliyevin cinayətkar rejimi başlanmışdı.

Bütün bu, sübut edir ki, rejim dəyişdirməzsə, Azərbaycan sülh yolu ilə həll prosesində bir əməkdaş ola bilməz. Bakının bu bəyanatları əsas götürərək, rəsmi Yerevan və həmsədrlər arasında olan təmaslar ərzində 2016-cı il mayındakı Vyanna gündəminin həyata keçirilmə tədbirləri hazırlanmalıdır. Bu zəruri bir addımdır, hansı ki regionun təhlükəsizliyinə və beynəlxalq sülhun maraqlarına cavab verir. Ermənistan da cavabdəh subyekt olaraq müsbət nəticə qeyd etmək üçün böyük səylər göstərməlidir.

Mənbə Aravot.am

Daha çox göstər
Back to top button