ArtsaxBaşlıca

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan koronavirusla bağlı müşavirə keçirdi

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan 2 iyun 2012-ci il tarixində tarixində ölkədə koronavirusun yayılması və qarşısının alınması tədbirləri ilə bağlı geniş işçi müşavirə keçirdi.

Bu barədə Artsax İnformasiya Qərargahı məlumat yayıb. Qərargahın məlumatına görə, ölkənin nazirləri və rəsmilər koronavirusla bağlı son vəziyyətini təqdim etdilər.

Səhiyyə naziri Arayik Bağryan qeyd etdi ki, Artsaxda 54 yolxuma halı qeydə alınıb, 100 vətəndaş təcrid olunub, 26 vətəndaş isə sağalıb. Koronavirusla bağlı 923 test aparılıb.

Müdafiə naziri Calal Harutyunyan orduda koronavirusun yayılmasının qarşısını alma tədbirlərin toxunaraq bildirdi ki, vəziyyət ciddi nəzarət altındadır. Müzakirə nəticəsində iclasda iştirak edən nazirlik  rəhbərləri və rəsmiləri bir sıra təkliflər irəli sürdülər. Prezident Harutyunyan, dövlət naziri, komendant Qriqori Martirosyanın təkliflərini təsdiqlədi, ona görə paytaxtda və rayonlarda  sürətli cavab qrupları yaradılacaq.

Görüşün sonunda Prezident Harutyunyan müvafiq qurumların rəhbərlərinə müzakirə olunan məsələlərin həlli üçün tapşırıq verdi

Daha çox göstər
Back to top button