BaşlıcaSiyasət

Azərbaycan təxribatlarla vəziyyəti gərginləşdirməyə qərar verdi: Arman Abovyan

ER Parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arman Abovyan öz Facebook səhifəsində yazıb:

“Görünür ki, Artsax münaqişəsi istiqamətində bizim hesablamalarımız doğrudur. Azərbaycan təxribatlarla vəziyyəti gərginləşdirməyə qərar verib. Ancaq məsələ nədir? Məhz bu gün Azərbaycan elitası yenə Artsax məsələsini oynatmağa qərar verib.

  1. Nəzərə alınmalıdır ki, anti-erməni faktoru yeni və süni azərbaycanlı millətin yaradılması üçün birləşdirən iddea olaraq olub və olmağa davam edir.
  2. Bu gün Azərbaycanda sosyal vəziyyət gün-günə pisləşir. Neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan büdcəsinin imkanları kəskin azalıb və Azərbaycanda korrupsiyanın yüksək səviyyəsi nəzərə alınsa, Azərbaycan rəhbərliyi həmişə olduğu kimi anti-erməni əhvallarla oynamağa çalışır və beləliklə, soydaşların diqqətini real problemlərdən yayındırmaq istəyir.
  3. Unutmamalıyıq ki, Azərbaycan heç vaxt Artsax məsələsinin nizamlanması istiqamətində müsbət niyyətində olmayıb, çünki bu, ilk növbədə anti-erməni ideologiyasına ziddir və ən önəmlisi bu, bizi bizim evimizdə məhv etməyə yönlənmiş pan-türkist layihəsinə ziddir.

Əlbətdə ki, azərbaycanlıların həyasız davranışı göstərmək üçün başqa səbəblər də var, amma məhz bu 3 səbəb əsas olandır”.

Daha çox göstər
Back to top button