BaşlıcaSiyasət

Çin baş naziri Paşinyanın ailəsinin tezliklə sağlanmasını arzuladı

Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Ketsyan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ailəsinə koronavirusdan tezliklə sağalmasını arzuladı.

Ketsyan həmçinin qeyd etdi ki, koronavirusa qarşı mübarizədə Çin Ermənsitana dəsətk verməyə hazırdır.

“Sizin və ailəniziz koronavirusa yoluxma xəbərini almışam. Bununla əlaqədar sizə səmimi dəstəyimi çatdırıram. İkitərəfli münasibətlərin və bir çox sahələrdə əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da uğur qazanması üçün sizinlə birgə səylər göstərməyə hazır olduğumu bildirmək istəyirəm “,- deyə Ketsyan vurğulayıb.

Çin Xalq Respublikasının Baş naziri vurğulayıb ki, COVID-19 epidemiyasının başlamasından bəri Çin ilə Ermənistanın bir-birini dəstəkləyirlər, bu isə iki ölkə arasındakı yüksək qarşılıqlı etimad səviyyəsini və iki xalq arasındakı dərin dostluğu tam əks etdirir.

“Mən əminəm ki, Ermənistan hökuməti və xalqı pandemiyaya qalib gələcək. Çin tərəfi öz imkanları daxilində Ermənistana koronavirusla mübarizədə yardım göstərməyə hazırdır”,- deyə Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin mesajında ​​deyilir.

Daha çox göstər
Back to top button