İctimaiyyət

Rusiyada qalan Azərbaycan vətəndaşları vətənə buraxılmalarının sürətləndirilməsini tələb edirlər

Rusiya-Azərbaycan sərhədində vətənə buraxılmağı gözləyən Azərbaycan vətəndaşlarının sayı artır. Onlar Azərbaycana buraxılmalarının sürətləndirilməsini tələb edirlər.

“Turan” İnformasiya Agentliyi İyunun 2-də təxminən 100 nəfərdən ibarət daha bir qrupun sərhədi keçməsinə baxmayaraq, Kullar qəsəbəsinə getdikcə yeni Azərbaycan vətəndaşları gəlir. Bu barədə Turan-a Kullarda Azərbaycan vətəndaşları üçün yaradılmış çadır düşərgəsində qalan vətəndaşlar bildiriblər.

“İnsanlar mehmanxanada gözləməkdən yorulublar və sərhədə tərəf piyada getmək qərarına gəliblər. Dərbənd merinin müavini bunu gördükdə onlara “İkarus” ayırıb”, – deyə Kullarda çadır düşərgəsində olanlardan biri bildirib.

“Ümumiyyətlə aparılan insanların seçilməsi meyarları aydın deyil. Bu gün Azərbaycana aparılanlar arasında cəmi 40 nəfər çadır düşərgəsindən idi, qalan 60 nəfər kənardan gətirilib. Aydın məsələdir ki, qadınlar və uşaqlar prioritet olaraq aparılır. Amma aparılanlar arasında gənclərin sayı da az deyildi. Biz bir aya yaxındır burada yaşayırıq”, – deyə başqa bir Azərbaycan vətəndaşı bildirib.

Onun sözlərinə görə, Kullardakı düşərgələr həddindən artıq dolub.

Daha çox göstər
Back to top button