BaşlıcaBeynəlxalq

AİHM Taleh Bağırzadə və digər 6 nəfərin şikayətini təmin edib. Azərbaycan yenə cərimlənəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, iyunun 4-də Taleh Bağırzadə və digər 6 nəfərin şikayəti üzrə qərarını açıqlayıb. Avropa Məhkəməsinə şikayət azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiası (məhkəməyə qədər həbsin qanunsuzluğu) ilə bağlı olub.

Turan agentliyinə əsasən, məhkəmənin qərarını şərh edən hüquqşünas Xalid Ağalıyev bildirib ki, Avropa Məhkəməsi şikayət ilə müraciət edən şəxslərin məhkəməyə qədər həbsdə qanunsuz saxlanılması qərarına gəlib.

“Bu işdə ərizəçilər Səmənd Məmmədov, Taleh Bağırov, İsmayıl Məmmədov, Eldəniz Hacıyev, Əflan Səmədov, Rəşad İbrahimov və Elxan İsgəndərov olub. Şikayətlər hökumətlə 2018-ci ildə kommunikasiya edilib. Hökumət ərizəçilərə qarşı məhkəməyə qədər həbs müddətinin uzun olmasını qəbul edib. Ərizəçilərə dəymiş ziyanı kompensasiya etməyə razı olan hökumət, təktərəfli bəyannamə təqdim edərək ərizələrin baxılacaq işlər siyahısından çıxarılmasını xahiş edib. Ərizəçilər bununla razılaşmasalar da, Avropa İnsan Hüquqları Məhkəməsi bu ərizələr üzrə araşdırmanı davam etdirməyin lazım olmadığı, şikayətlərin siyahıdan çıxarılmasının doğru olması qərarına gəlib”, deyə o qeyd edib.

Qərara əsasən, Azərbaycan höküməti ərizəçilərin hər birinə 3 000 avro ödəyəcək. 

Daha çox göstər
Back to top button