Başlıcaİctimaiyyət

Azərbaycanda karantin rejimi sərtləşdirilir

Azərbaycanda həftəsonu küçəyə çıxmanın tam qadağan olunması barədə TƏBİB-in müraciəti Nazirlər Kabineti tərəfindən qəbul olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, artıq yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir. “Öncədən müəyyənləşdirilən alqoritmə uyğun olaraq bu fərq 200-ü keçdiyi üçün biz bu müraciəti etdik.Bu narıncı zonada bu həftə sonu, bəlkə də irəlidəki bir, iki ay ərzində həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklifin detalları müzakirədədir, burada beynəlxalq təcrübədən, o cümlədən Türkiyə və İsrail təcrübəsində var. Təklif Operativ Qərargah tərəfindən qəbul olunub, detallar müəyynələşdirilir “.

Daha çox göstər
Back to top button