Başlıcaİctimaiyyət

Azərbaycanın səhiyyə sistemində çox ciddi problem yarana bilər

“Azərbaycanda xəstəxanaların reanimasiya şöbələri dolub. Səhiyyə sistemində çox ciddi problem yarana bilər”.

Oxu.az xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ümumi yoluxmaların sayı altı mini keçib:

“Xəstəxanalarımızda boş çarpayıların sayı azalmağa başlayır. Simptomatik vəziyyəti çox olmayan xəstələrin sayı artır. Eyni zamanda, xaricdən gəlmək istəyən şəxslər də var ki, onlar arasında virusa yoluxanlar da ola bilər. Söhbət yalnız koronavirusdan getmir. Dünya statistikası göstərir ki, son iki ay ərzində qeydə alınan əksər ölümlər koronavirus səbəbindən olub. Ötən il malyariya, onkologiya, ürək-damar, insult xəstəliklərindən qeydə alınan ölümlər liderlik edirdisə, bu il rekord göstərici koronavirus ölümləri ilə bağlıdır.

Sumqayıt şəhərində daha bir xəstəxana pandemiya ilə mübarizəyə ayrıldı. Bu, digər xəstələrə tibbi xidmət göstərilməsində problem yarada bilər. Şəkərli diabetdən əziyyət çəkən minlərlə xəstəmiz var. Eyni zamanda, bu vəziyyət dializ alan, ürək xəstəliklərindən əziyyət çəkən xəstələr üçün ciddi təhdiddir. Bunları nəzərə almaq və qaydalara ciddi riayət etmək lazımdır”.

Daha çox göstər
Back to top button