BaşlıcaSiyasət

Bakı Gürcüstan tərəfinin “təxribatları” barədə xəbərdarlıq edir: Azərbaycan ekspanisyanı tanıyır?

“İyun ayının 4-də Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” (Davit Gareci) Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub”.

Bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Azərbaycan bu bəyantla rəsmi olaraq elan edir ki, “dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar”.

Gürcülər öz monastırlarında hansı təxribat təşkil edə bilər? Bu günsə Azərbaycan mediası Azərbaycan və Gürcüstan dostluğunun zərbə altında olduğuna dair məqalələr yazır.

Bu dəfə günahkarlar ermənilər deyildir. Yazılarda Azərbaycanın dəfələrlə xilas etdiyi gürcülərin “nankorluğunu” göstərilir. Azərbaycanlı analitiklər Azərbaycanın Gürcüstanın işğalı barədə danışan gürcü siyasətçilərinin – liberallarının, millətçilərinin siyahısını təqdim edirlər.

“SOCAR-a qarşı pis kampaniyaya başlamış, pis bir təbliğat apararaq, Azərbaycan dövlətini iqtisadi ekspansiyada ittiham edirlər”,- deyə azərbaycanlı analitiklər yazır.

“Lragir.am”-ın eksperti Akop Badalyan hesab edir ki, Türkiyə və Azərbaycan Gürcüstandakı vəziyyətin gərginləşdirilməsində maraqlıdır, çünki bu müdaxilə üçün bir fürsət ola bilər.

Digər tərəfdən, istisna deyildir ki, Azərbaycan-Gürcüstan “dostluğu” qaynar nöqtəyə çatıb. Əlbəttə ki, Tibilisi bunu dərk edir.

Daha çox göstər
Back to top button