BaşlıcaSiyasət

Bako Sahakyan Aprel müharibəsiylə əlaqədar Araşdırma komissiyasının iclasında iştirak edib

Dünən, Aprel müharibəsi ilə əlaqədar Araşdırma Komissiyasının son iclası oldu. Bu iclasda keçmiş Artsax prezidenti Bako Sahakyanın uzaqdan iştirak etdiyi bildirildi. Bu barədə “Sputnik Armenia”ya komissiya üzvü və Paralmentin “Mənim addımım” fraksiyasının üzvü Kristin Poğosyan məlumat verib.

“Koronavirusun yayılması ilə əlaqədar olaraq, cənab Sahakyanla uzaqdan danışmağı məqsədəuyğun hesab etdik. Ona 8 sual verdik. O, bütün sualları cavablanıb”- deyə  Poğosyan qeyd edib.

Sahakyanın cavablarının onlar üçün mükəmməl olub-olmadığı ilə bağlı suala, Poğosyan cavab verib ki, bəli, komissiyanın iclaslarında iştirak edən hər kəsin cavabları kimi idi.

Poğosyanın sözlərinə görə, hər hansı bir suala cavab verməkdən imtina edən yoxdur. Depuatat onu da bildirdi ki, istintaq komissiyası öz işini başa vurub və hazırda protokol tərtib etmək mərhələsindədir.

Hesabata gəlincə, Poğosyanın sözlərinə görə, Parlamentin tətilə getməzdən əvvəl onu tamamlamağa çalışırlar, əks halda sentyabr ayında hazır olacaq. O qeyd etdi ki, dəvət olunanların sayı böyükdür, protokolların çoxdur, alınan sənədlər bir neçə min səhifədən ibarətdir.

Xatırladaq ki, komissiyanın iclasında iştirak etməkdən imtina edən yeganə şəxs ER Baş Qərargahının keçmiş rəhbəri Yuri Xaçaturov idi.

Artıq  bir ildir ki, 2016-cı ilin Aprel müharibəsiylə əlaqədar Araşdırma komissiyası Parlamentdə fəaliyyət göstərir.

2019-cu ildə komissiya 21 iclas çağırdı və çox sayda hərbçi və yüksək vəzifəli keçmiş və hazırkı vəzifəli şəxslər komissiyanı maraqlandıran sualları cavablandırmaq üçün dəvət edildi.

Bu il komissiya, həmçinin Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanı dinlədi.

Daha çox göstər
Back to top button