BaşlıcaSiyasət

Ermənistanın hərbi-sənaye kompleksi yüksək texnologiyalar sənayesinə veriləcəkdir

“Arminfo”nun  verdiyi məlumata görə, Ermənistanda hərbi-sənaye kompleksinin Müdafiə nazirliyinin sahəsindən Yüksək texnoloji sənaye nazirliyinin sahəsinə keçirilməsi prosesinə başlanır. İyunun 3-də parlament iclasında “Hərbi-sənaye kompleksi haqqında”  və “Müdafiə haqqında”qanunlara birinci oxunuşda dəyişiklik edilib.

Ermənistan Respublikası Yüksək texnologiyalar nazirinin müavini Gor Melikyanın sözlərinə görə, təşəbbüs hökumətin struktur dəyişiklikləri ilə diktə olunub. “Qanun layihəsi ölkənin hərbi-sənaye kompleksinin, habelə Yüksək texnoloji sənaye nazirliyinin bütün hərbi-sənaye fəaliyyətinə aid səlahiyyətlərini aydınlaşdırmağı, habelə digər qurumların funksiya və məsuliyyətlərini izah etməyi təklif edir”-deyərək Baş nazir müavini qeyd edib..

Onun sözlərinə görə, qanun layihəsində Müdafiə nazirliyinin atəş poliqonlarından ən yeni texnologiyaların sınanması üçün istifadəsi də nəzərdə tutulur. Melikyanın sözlərinə görə, hərbi-sənaye kompleksinin idarəetmə funksiyalarının yenidən bölüşdürülməsi təkcə Müdafiə nazirliyinə deyil, həm də Polis, Milli Təhlükəsizlik nazirliyi və Fövqəladə Hallar nazirliyinə lazımi müasir texnologiyalar təmin etməyə imkan verəcəkdir.

 O, həmçinin hazırda hərbi-sənaye kompleksinin 2021-ci il üçün dövlət sifarişinə dair danışıqların davam etdiyini də bildirib.Söz əsasən tədqiqat, dizayn və istehsal fəaliyyəti haqqındadır.Uzunmüddətli proqramlar hazırlamaq istiqamətində  həmçinin işlər davam etdirilir.

Daha çox göstər
Back to top button