BaşlıcaEkonomika

İqtisadçı: Azərbaycan hökuməti yenidən dövlətin xarici borclarını artırmağa çalışır

2020-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 9.091,0 milyon ABŞ dollarıdır. Bu, 2019-cu il üzrə Ümumi Daxili Məhsulun 18,9 faizini təşkil edib. Meydan.tv-ə əsasən, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Maliyyə Nazirliyi əlavə edir ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu il üçün ümumi dövlət borcuna xidmət xərclərinin məbləği 1.296,3 milyon ABŞ dolları olacaq.

Meydan.tv-ə əsasən, iqtisadçı bildirir ki, müzakirələrin gedişindən bir çox şey məlum olur. Məsələn, verilmiş bəyanatların əksinə olaraq Azərbaycan hökuməti yenidən dövlətin xarici borclarını artırmağa çalışır. Bu gedişlə ilin sonuna borcların ÜDM-də payı 20 faizi ötə bilər:

“Baxmayaraq ki, prezidentin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da borcların azadılması da hədəflənmişdi. Lakin maliyyə naziri Samir Şərifov qeyd edib ki, xarici dövlət borcunun idarə edilməsi üzrə strategiyamıza müəyyən düzəlişlərin edilməsi məcburiyyətində qalacağıq. Çünki bugünkü strategiya daha çox konservativ idi. Yəni limit var idi və bu borclanmalar nəzərdə tutulmamışdı”.

Qubad İbadoğlu deyir ki, 2018-ci ilə dair orta və uzun müddət üçün dövlət borcunun idarə edilməsinə dair Strategiya özünü heç qısa müddətdə belə doğrultmayıb.

Daha çox göstər
Back to top button