Başlıcaİctimaiyyət

Ölkədə epidemik vəziyyət daha da pisləşib: Nikol Paşinyan

Ermənistanda daha 697 nəfərdə koronavirus aşkarlandı. Bu barədə ER Baş nairi Nikol Paşinyan bildirib.

“Pis xəbərim var. Epidemik vəziyyət daha da pisləşi. Yeni 697 yoluxma hadisəsi qeydə alındı. Bu deməkdir ki, biz artıq elə bir vəziyyətdəyik ki, xəstəxanaya yerləşdirilməli olan xəstələrimiz var, ancaq xəstəxanaya yerləşdirə bilmirik”,-deyə Paşinyan öz Facebook səhifəsində canlı yayımda bildirib.

Baş nazirin sözlərinə görə, bu gün ölkədə xəstə olduğunu bilməyən təxminən 20 min insan var. Baş nazir qeyd etdi ki, onlar da məhz infeksiyanı yayanlardır. Bu insanlar kafelerdə, küçələrdə və iş yerlərindədir.

“İnfeksiyanın yayılmaması üçün hamımız hamımıza yoluxmuş kimi baxmalıyıq və tədbir almalıyıq. Dünən koronavirusdan 6 nəfər vəfat etdi, hada 9 nəfər də digər səbəblərdən dünyasını dəyişib, amma onlarda da koronavirus aşkarlanmışdı”,-deyə Baş nazirin məhrumların yaxınlarına başsağlığı verib.

Paşinyanın sözlərinə görə, Ermənistanda kütləfi şəkildə anti-epidemiya hərəkəti başlanmalıdır.

Xatırladaq ki, iyunun 4-dən etibarən Ermənistanda bütün açıq yerlərdə maska ​​taxmaq məcburi olacaqdır.

Daha çox göstər
Back to top button