BaşlıcaSiyasət

Əliyevin günahlarına görə məhkum stulunda oturacağı gün uzaq deyil: Arayik Harutyunyan

Azərbaycan diktatoru İlham Əliyev növbəti dəfə Artsax seçkiləri, idarəetmə sistemi və Ermənistanda baş verən müxtəlif gedişatlar haqqında “mətbəx səviyyəsində” olan iddialar etdi. Bunu öz Facebook səhifəsində Artsax Respublikası prezidenti Arayik Harutyunyan yazıb.

“Taxt-tacını xanlıq üsulu ilə miras almış və ən anti-demokrat üsullarla hakimiyyəti saxlayan şəxs reallıqdan o qədər uzaqlaşdı ki, Artsaxdakı demokratik seçkilər barədə hörmətsiz danışmaq hüququnu özündə saxlayır”,-Arayik Harutyunyan qeyd etdi.

Artsax Prezidentinin sözlərinə görə, digər komik epizod da Əliyevin korrupsiya və Ermənistanın etnik tərkibinə toxunmasıydı, çünki məhz onun adı on milyardlıq dollarlara çatan korrupsiya qalmaqallardadır, milli azlıqlara qarşı da kütləvi şəkildə repressiyalarla tanınır. Onun süni dövləti isə, ermənilərə qarşı Soyqırım törədilməsi ilə tanınır.

“Əminəm ki, İlham Əliyevin günahlarına görə məhkum stulunda oturacağı gün uzaq deyil. O, bu bəhanə ilə müharibə etsə də, məsuliyyətdən yayınmaq və oğurlanmış milyardlarla neft dollarını yuyub təmizləmək mümkün olmayacaq”.

Daha çox göstər
Back to top button