Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 6522-yə çatdı

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 262 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilib.

“Hazırkı dövrədək ölkədə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib. 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılıb.

Daha çox göstər
Back to top button